Azərbaycandan turist axını 32 % artıb

Azərbaycandan turist axını 32 % artıb
23 2024 12:25

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 472,3 min nəfər olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiyaya gedənlərin sayı 20,1 % artıb.

Gedənlərin 67,2 %-ni kişilər, 32,8 %-ni qadınlar təşkil edib. Vətəndaşların 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.


3 May 2024
Siyasət

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. 

3 May 2024
Siyasət

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

3 May 2024
Siyasət

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.

2 May 2024
Siyasət

İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.